XƏBƏRLƏR / İdman

Yusuf Dikeç Lamiyə Vəliyevanı təbrik edib VİDEO

Lamiyə qaçışda rekord vurduğundan sonra Yusuf Dikeçin "əli çibində atəş açma" hərəkətini göstərib

Yusuf Dikeç Lamiyə Vəliyevanı təbrik edib VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Paris 2024 Olimpiya oyunlarının gümüş medalçısı türkiyəli atıcı Yusuf Dikeç paraatletimiz Lamiyə Vəliyevanı Paralimyadada qızıl medal qazanması münasibətiylə təbrik edib. VİDEO

    “Qardaş ölkə can Azərbaycana sonsuz sevgi və salamlarımı göndərirəm. İki dövlət bir millət fikri bir daha gerçək oldu. Sənə qucaq dolusu salamlar göndərirəm. Uğurların davamlı olsun”, - deyə idmançı bildirib. 

    Qeyd edək ki, Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan paratleti Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında qızıl medal qazanıb. O rekorda imza ataraq çempion olduqdan sonra Yusuf Dikeçin "əli çibində atəş açma" hərəkətini göstərib.