Z.Kotsoyev 1/8 finalda Arman Adamyanla qarşılaşacaq
Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu olan Kotsoyev kişilərin -100 kiloqram çəki dərəcəsində mübarizə aparır
12:17
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
O, 1/16 finalda slovakiyalı Benyamin Mataseyi ipponla məğlub edib.
Z.Kotsoyev 1/8 finalda Rusiya təmsilçisi Arman Adamyanla qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
***
11:17
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.
O, 1/32 finalda Türkmənistan təmsilçisi Baymırat Majanovu ipponla məğlub edib.
Z.Kotsoyev 1/16 finalda slovakiyalı Benyamin Matasey ilə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
***
11:00
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 9-da Azərbaycan millisinin üzvü Zelim Kotsoyev tatamiyə çıxacaq.
Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu olan Kotsoyev kişilərin -100 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.
Cüdoçumuz yarışa 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.
Milli Gimnastika Arenasında təsnifat görüşləri saat 10:30-da, final bloku isə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Hazırda Azərbaycanın aktivində 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 5 medal var.
2 dəqiqə