Güləşçilərimiz dünya çempionatında 3-cü yeri tutub
Albaniyanın paytaxtı Tiranada 23 yaşadək idmançılar arasında güləş üzrə dünya çempionatı başa çatıb
Sərbəst güləş üzrə Azərbaycan yığması dünya çempionatında 3-cü yeri tutub
Albaniyanın paytaxtı Tiranada 23 yaşadək idmançılar arasında güləş üzrə dünya çempionatı başa çatıb.
Sərbəst güləş üzrə Azərbaycan yığması çempionatı bir qızıl, iki gümüş və bir bürünc medalla başa vurub.
Ümumilikdə 100 xal toplayan komandamız komanda yarışında üçüncü yeri tutmuşdur. Birinci yeri İran (158 xal), ikinci yeri isə Yaponiya (102 xal) tutub.
Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Bəşir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (57 kq) və Arseni Djioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (74 kq) isə bürünc medal qazanıb.