XƏBƏRLƏR / İdman

Bakı 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçilib

Bu, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının seçimidir

Bakı 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

    Bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakının namizədliyinin təsdiqləndiyi bildirilib.

    Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

    Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.