XƏBƏRLƏR / İdman

Konfrans Liqası: "Zirə" bu gün cavab oyununa çıxacaq

Qarşılaşma saat 20:00-da start götürəcək

Konfrans Liqası: "Zirə" bu gün cavab oyununa çıxacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Zirə" bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.

    Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.

    Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edəcək.

    UEFA Konfrans Liqası

    Pley-off mərhələsi, cavab oyunu

    29 avqust

    20:00. "Zirə" - "Omoniya" (Kipr)

    Baş hakim: Vitaliys Spasyonnikovs

    Bakı, "Liv Bona Dea Arena".

    Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.