XƏBƏRLƏR / İdman

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının 5-ci günü

Bu gün daha dörd təmsilçimiz tatamiyə çıxır YENİLƏNİB

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının 5-ci günü
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 11:22

    Azərbaycan cüdoçusu Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

    Milli üzvü 1/32 finaldaı ispaniyalı Ai Tsunoda Roustanta uduzub.

    Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

    ***

    11:04

    Azərbaycan cüdoçusu Süleyman Şükürov (90 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

    O, 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib.

    S.Şükürov növbəti mərhələdə Qoki Tayima (Yaponiya) ilə qarşılaşacaq.

    Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

    ***

    10:14

    Bakıda keçirilən cüdo dünya çempionatında bu gün Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulacaq.

    Yarışın 5-ci günündə milli üzvləri 2 çəki dərəcəsində tatamiyə çıxacaqlar.

    Qadınların mübarizəsində Südabə Ağayeva (70 kiloqram) 1/32 finalda ispaniyalı Ai Tsunoda Roustantla qarşılaşacaq.

    Kişilərin yarışında 90 kiloqram çəki dərəcəsində 1/32 finalda Elcan Hacıyev ABŞ-dən olan Aleksander Knaufu, Süleyman Şükürov norveçli Kornelius Eylertseni, Murad Fətiyev isə 1/6 finalda Yahor Varapayev (Belarus) / Teodoros Tselidis (Yunanıstan) cütünün qalibini sınağa çəkəcək.

    Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 4 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Zelim Tçkayev (81 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafat əldə ediblər. Dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq