PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının finalında
Qeyd edək ki, PSJ finalda “Arsenal”la qarşılaşacaq
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
İkinci finalçının adına aydınlıq gəlib.
Son çempion PSJ səfərdə “Bavariya” ilə üz-üzə gəlib. Komandalar arasında son görüş Fransa təmsilçisinin 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Cavab matçı 1:1 hesablı bərabərliklə nəticələnib. Bununla da, Paris təmsilçisi həlledici matça vəsiqə qazanıb.
Qeyd edək ki, PSJ finalda “Arsenal”la mayın 30-u Macarısatan paytaxtı Budapeştin Puşkaş Arena stadionunda qarşılaşacaq.
"Bavariya" - PSJ - 1:1
Qollar: H. Keyn, 90+3 - U, Dembele, 3
Qeyd edək ki, Azərbaycanda Çempionlar Liqasının yayımına hüququ olan "CBC Sport" televiziyası biabıqçılıqla translyasiyanı təmin edə bilməyib. Bu azmış kimi, telekanal tamaşaçıları bu barədə heç məlumatlandırmağı belə lazım bilməyib. Bu vacıb oyunun yerinə kanal arxivdən çıxarıb nəyə görəsə "Qarabağ"-"Turan" (?!?) oyununu yayımladı. "CBS Sport"un qeyri-peşəkarlığı nəticəsində Azərbaycan futbolsevərləri bu önəmli yarımfinalı izləyə bilmədilər.
1 dəqiqə