Daha 4 cüdoçumuz dünya çempionatında tatamiyə çıxır
Hazırda Azərbaycan millisinin aktivində 2 medal var YENİLƏNİB
11:30
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
81 kq çəki dərəcəsində yarışan idmançı 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovu məğlub edib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
***
10:01
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulacaq.
Yığmanın yeni üzvü Anna Zaytseva (63 kiloqram) 1/16 finalda Pey Çun Yuan (Çin Taypeyi) / Anna Kriza (Macarıstan) cütünün qalibini sınağa çəkəcək.
Kişi cüdoçular arasında isə 81 kiloqram çəki dərəcəsində 3 cüdoçumuz tatamiyə çıxacaq. Vüsal Qələndərzadə təsnifat mərhələsində bolqarıstanlı Hristo Valkovla, Zelim Tçkayev və Ömər Rəcəbli isə 1/16 finalda müvafiq olaraq, Timoti Meuvsen (Cənubi Afrika Respublikası) / Viktor Sterpu (Moldova) cütünün və Sibqatullah Arab (IRT) / Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc mükafat qazanıb. Mundiala oktyabrın 11-də yekun vurulacaq.
1 dəqiqə