XƏBƏRLƏR / İdman

Premyer Liqa: Turun son oyununda qalib müəyyənləşmədi

Son oyunda "Sabah" və "Turan Tovuz" komandaları üz-üzə gəlib

Premyer Liqa: Turun son oyununda qalib müəyyənləşmədi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 22:45

    Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

    Son oyunda "Sabah" və "Turan Tovuz" komandaları üz-üzə gəlib. Görüş qollu heç-heçə ilə nəticələnib - 2:2.

    Günün ilk oyununda Zirə" doğma meydanda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəlib.

    Turun daha əvvəl keçirilən matçlarında "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı 1:0, "Qarabağ" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

    Hazırda "Turan Tovuz" 14 xalla turnir cədvəlinə başçılıq edir. "Qarabağ" 12 xalla 2-ci, "Sabah" isə 11 xalla 3-cü pillədə qərarlaşıb.

    ***

    22:12

    Azərbaycan Premyer Liqasında VI turunda evdə “Neftçi” klubu ilə qarşılaşan “Zirə” qələbə qazanıb.

    Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qolları Salifu Suma (1) və Rafael Utziq (60) vurub.

    Qeyd edək ki, turun son qarşılaşması bu gün Bank Respublika Arenada “Sabah” və “Turan Tovuz” komandaları arasında keçiriləcək. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşmaya saat 20:30-da start veriləcək.

    ***

    09:52

    Azərbaycan Premyer Liqasında VI tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

    Günün ilk matçında “Zirə” “Neftçi”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda Elçin Məsiyevin idarə edəcəyi görüş saat 18:00-da başlayacaq.

    Turun son qarşılaşması Bank Respublika Arenada baş tutacaq. “Turan Tovuz” səfərdə “Sabah”la görüşəcək. Saat 20:30-da startı veriləcək matçın baş hakimi Əliyar Ağayev olacaq.

    Azərbaycan Premyer Liqası

    VI tur

    15 sentyabr

    18:00. “Zirə” – “Neftçi”

    Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Kamran Bayramov.
    Hakim-inspektor: İmanxan Sultani.
    AFFA nümayəndəsi: Seymur Səlimli.
    Zirə İdman Kompleksi.

    20:30. “Sabah” – “Turan Tovuz”

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
    VAR: İnqilab Məmmədov.
    AVAR: Teymur Teymurov.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Emin Cəfərov.
    Bank Respublika Arena.

    Qeyd edək ki, Turun digər görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı minimal hesabla üstələyib. “Qarabağ” isə “Səbail” üzərində 2:1 hesablı qələbə qazanıb.