Azərbaycan III MDB Oyunlarında qızıl medal qazanıb
Qadın boksçumuz Gülər Hüseynova final döyüşündə rusiyalı Daria Qavrina ilə qarşılaşıb

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarının final mərhələsi davam edir.
Qadın boksçumuz Gülər Hüseynova 48 kiloqram çəki dərəcəsində final döyüşündə rusiyalı Daria Qavrina ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Azərbaycan təmsilçisi qızıl medala sahib çıxıb.