XƏBƏRLƏR / İdman

Emmanuel Addainin qolu ən yaxşısı seçilib

UEFA Çempionlar Liqasının ikinci turunun qalibi azarkeşlərin səsverməsinə əsasən seçilib

Emmanuel Addainin qolu ən yaxşısı seçilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ"ın futbolçusu Emmanuel Addainin qolu azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasının ikinci turunun ən yaxşısı seçilib.

    24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi "Kopenhagen"i məğlub etdikləri ikinci tur matçında "Qarabağ"ın ikinci qoluna imza atıb. O, "Qarabağ"ın heyətində ikinci qolu vurub.

    Addai ilə yanaşı, namizədlər arasında "Mançester Siti"dən Erlinq Haaland, "Monako"dan Jordan Tis və PSV Eyndhovendən İsmael Saibari də var.

    Xatırladaq ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”i 2:0 hesabı ilə məğlub edib.