XƏBƏRLƏR / İdman

Premyer Liqada XXXII tura start verilib YENİLƏNİB

Günün yeganə matçı Tovuzda keçirilib

Premyer Liqada XXXII tura start verilib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 22:15

    Misli Premyer Liqasında XXXII tura bir oyunla start verilib.

    “Turan Tovuz” doğma azarkeşlər önündə “Şamaxı” ilə üz-üzə gəlib.

    Tovuz şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə nəticələnib.

    Meydan sahiblərinin heyətində 54-cü dəqiqədə Kauan Martins fərqlənib. “Şamaxı”dan qolu 56-cı dəqiqədə Brahim Konate rəqib qapısından keçirib.

    Bu nəticədən sonra “Turan Tovuz” 49 xalla dördüncü yerdə qərarlaşıb. 6-cı yerdə olan “Şamaxı” isə 35 xala malikdir.

    Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.

    ***

    09:14

    Futbol üzrə Misli Premyer Liqasında XXXII tura bu gün start veriləcək.

    Günün yeganə matçı Tovuzda baş tutacaq.

    "Turan Tovuz" doğma azarkeşləri önündə "Şamaxı" ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq. Meydan sahibləri 48 xalla dördüncü, qonaqlar 34 xalla dördüncü pillədə qərarlaşıb.

    Misli Premyer Liqası

    IV dövrə, XXXII tur

    25 aprel

    19:00. “Turan Tovuz” – “Şamaxı”

    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.

    VAR: Nicat İsmayıllı.

    AVAR: Elşad Abdullayev.

    Hakim-inspektor: Anar Salmanov.

    AFFA nümayəndəsi: Mübariz Hüseynov.

    Tovuz şəhər stadionu

    Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.