XƏBƏRLƏR / İdman

Çempionlar Liqasında bütün ​​​​​​​1/4 finalçılar məlum oldu

1/4 finalın püşkü martın 15-də keçiriləcək

Çempionlar Liqasında bütün ​​​​​​​1/4 finalçılar məlum oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

    Sonuncu oyun günündə 2 matç keçirilib. "Atletiko" ilk görüşdə 0:1 hesabı ilə uduzduğu "İnter"i qəbul edib. Matçın əsas və əlavə vaxtı "Atletko"nun 2:1 üstünlüyü ilə başa çatıb. Buna görə də penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan (3:2) "Atletiko" 1/4 finala yüksəlib. 

    "Borussiya" (Dortmund) isə ilk matçda heç-heçə etdiyi PSV ilə evdə qarşılaşıb. Dortmund klubu 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.

    Qeyd edək ki, "Atletiko"və "Borussiya" ilə yanaşı, "Bavariya", PSJ, "Mançester Siti", "Real", "Arsenal", "Barselona" da 1/4 finala vəsiqə qazanıb.

    1/4 finalın püşkü martın 15-də keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.