XƏBƏRLƏR / İdman

Ayxan Abbasov Fransa və Ukrayna oyunları üçün heyətini seçib

Bu barədə AFFA-dan məlumat verilib

Ayxan Abbasov Fransa və Ukrayna oyunları üçün heyətini seçib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Parisdə Fransa (10 oktyabr) və Ukrayna ilə Krakovda (13 oktyabr) keçirəcəkləri D qrupunun oyunları üçün heyəti açıqlanıb.

    Milliyə yeni təyin olunmuş məşqçi Ayxan Abbasov 26 futbolçunu yığmaya çağırıb.

    Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Şahrudin Maqomedəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”);

    Müdafiəçilər: Abbas Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı "Qarabağ"dan), Anton Krivotsyuk (Daejeon Hana, Cənubi Koreya), Qismət Əliyev (Zirə), Rəhman Daşdəmirov (Sabah), Elvin Bədəlov, Murad Xaçayev (hər ikisi "Neftçi"), Cəlal Bülgər Haçayev (hər ikisi) (Turan-Tovuz), Raxil Məmmədov (Araz-Naxçıvan);

    Yarımmüdafiəçilər: Səbuhi Abdullazadə (“Sumqayıt”), Ceyhun Nuriyev, İsmayıl İbrahimli (hər ikisi “Zirə”), Emin Mahmudov (“Neftçi”), Anatoli Nuriyev, Abdula Xaybulayev (hər ikisi “Sabah”);

    Hücumçular: Nəriman Axundzadə, Musa Qurbanlı (hər ikisi “Qarabağ”), Renat Dadaşov (“Motor”, Polşa), Mahir Əmrəli (“Kaiserslautern”, Almaniya), Rüstəm Əhmədzadə (“Sumqayıt”).

    (AFFA)