Taekvondoçumuz Paris Olimpiadasında gümüş medal qazandı
Qaşım Maqomedov finalda Cənubi koreyalı idmançı ilə görüşüb
00:10
Azərbaycan "Paris-2024" Yay Olimpiya Oyunlarında növbəti medalı qazanıb.
Bu dəfə fəxri kürsüyə taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) qalxıb.
Mübarizəyə 1/8 finaldan başlayan idmançımız ilk görüşündə irlandiyalı Cek Uolleyə qalib gəlib. Ardınca ispaniyalı Adrian Visenteni üstələyən taekvondoçumuz yarımfinalda İtaliya təmsilçisi Vito Akviladan güclü olub.
Finalda Cənubi koreyalı Park Taeçjunu sınağa çəkən Q.Maqomedov ilk hissədə ayağından ciddi zədə alıb.
Görüşü davam etdirə bilməyən idmançımız yekunda məğlub elan edilib və gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bununla da Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu adını qazanıb, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
***
19:22
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
58 kiloqramda mübarizə aparan idmançı finala vəsiqə uğrunda qarşılaşmada italiyalı Vito Akvilanı sınağa çəkib.
Rəqibini 2:0 (9:4, 11:1) hesabı ilə məğlub edən taekvondoçumuz finala yüksəlib.
Onun həlledici görüşdəki rəqibi Cənubi koreyalı Tijon Park olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində iki medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
***
14:59
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
58 kiloqramda çıxış edən idmançı 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb.
Rəqibini 2:0 (7:4, 12:6) hesabı ilə məğlub edən taekvondoçumuz adını növbəti raunda yazdırıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində iki medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.