XƏBƏRLƏR / İdman

Futbol klubunun prezidenti saxlanıldı

Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır

Futbol klubunun prezidenti saxlanıldı
Zahid Niyazəliyev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

    Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.

    Klubun mətbuat katibi Mübariz Süleymanlının verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

    Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.