Joze Mourinyo "Fənərbağça"ya baş məşqçi gətirildi
61 yaşlı portuqaliyalı məşqçi bu ilin yanvarında İtaliyanın "Roma" klubundan istefaya göndərilmişdi
Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi olacaq.
Bu barədə İtaliyanın məşhur "Corriere dello Sport" nəşri məlumat yayıb.
Joze Mourinyonun "Fənərbağça" ilə 2 illik müqavilə bağlayacağı bildirilib.
Məlumata görə, İstanbul klubu portuqaliyalı mütəxəssislə anlaşdıqlarını bu gün rəsmən açıqlayacaq.
Qeyd edək ki, 61 yaşlı portuqaliyalı məşqçi bu ilin yanvarında İtaliyanın "Roma" klubundan istefaya göndərilib.