XƏBƏRLƏR / İdman

Beynəlxalq dərəcəli boks hakimimiz reytinqində birinci oldu

Emil Qurbanəliyev Paris-2024 Yay Olimpiya Oyunlarında 4 illiyin ən möhtəşəm yarışının sertifikatını alıb

Beynəlxalq dərəcəli boks hakimimiz reytinqində birinci oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Emil Qurbanəliyev Paris-2024 Yay Olimpiya Oyunlarında fərqlənib.

    Həmyerlimiz döyüşləri ən yaxşı idarə edən ədalət təmsilçisi seçilib.

    O, referilərin reytinqində birinci olub və dördilliyin ən möhtəşəm yarışının sertifikatı ilə təltif edilib.

    Qeyd edək ki, Qurbanəliyev Olimpiadada müxtəlif mərhələlərin döyüşləri ilə yanaşı, finalda da ədaləti qoruyub.