XƏBƏRLƏR / İdman

Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulub

YENİLƏNİB

Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:20

    Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb.

    Fəxri kürsünün ilk pilləsində “Mercedes”in britaniyalı pilotu Corc Rassell yer alıb.

    “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü sıraya qalxıb.

    Onlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem təqdim ediblər.
    ***

    09:32

    Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

    Yarışın sonuncu günündə azarkeşləri trekdə iki əsas mübarizə gözləyir.

    Günün ilk yürüşü saat 11:00-da başlayacaq. Bu vaxt Formula 2 pilotları ikinci əsas yarışda qüvvələrini sınayacaqlar. Mübarizə saat 12:05-də başa çatacaq.

    Günün əsas yarışı isə Formula 1 Azərbaycan Qran-Prisinin əsas yürüşü olacaq. Sessiyaya saat 15:00-da start veriləcək və 17:00-dək davam edəcək.

    Formula 1 yürüşündə pilotlar start düzülüşünə sıralama turunun nəticələrinə əsasən çıxacaqlar. Yarışa birinci yerdən "Mercedes"in sürücüsü Corc Rassell başlayacaq. İkinci pillədə "Ferrari"nin pilotu Şarl Lekler, üçüncü sırada isə "McLaren"in təmsilçisi Oskar Piastri qərarlaşıb. Onları müvafiq olaraq İsak Hacar ("Red Bull"), Lando Norris ("McLaren"), Luis Hemilton ("Ferrari"), Pyer Qasli ("Alpine"), Maks Ferstappen ("Red Bull"), Karlos Sayns ("Williams") və Esteban Okon ("Haas") izləyirlər.