XƏBƏRLƏR / İdman

Azərbaycan millisi Litva yığması ilə heç-heçə oynayıb

YENİLƏNİB

Azərbaycan millisi Litva yığması ilə heç-heçə oynayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:28

    UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan yığmaları arasında oyun başa çatıb.

    Kaunas şəhərində oynanılan matçda qalib müəyyənləşməyib - 1:1. Yığmamızın heyətində qolu 14-cü dəqiqədə Mahir Emreli vurub.

    Beləliklə, Azərbaycan millisi UEFA Millətlər Liqasının yeni mövsümünə heç-heçə ilə başlayıb.

    Qeyd edək ki, yığma qrupda ikinci oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.



    08:18

    Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında mübarizəyə başlayacaq.

    D Divizionunda çıxış edən yığma 2-ci qrupun ilk matçında Litva seçməsinin qonağı olacaq.

    Kaunas şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı Kiprdən olan FIFA referisi Menelaos Antoniu idarə edəcək.

    Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.