XƏBƏRLƏR / İdman

“Qarabağ” bu gün "Kəpəz"lə görüşür

Ağdam komandası 11-ci çempionluğunu rəsmiləşdirə bilər

“Qarabağ” bu gün "Kəpəz"lə görüşür
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Premyer Liqasında 4-cü – sonuncu dövrəyə start veriləcək.

    Bu gün XXVIII turun ilk iki oyunu keçiriləcək.

    Premyer Liqanın lideri “Qarabağ” sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Ağdam klubuna “Kəpəz”lə görüşdə məğlub olmamaq kifayət edəcək. Qurban Qurbanovun kollektivi Gəncə təmsilçisi önünə Tofiq Bəhramov adına Respublika stadionunda səfər komandası qismində çıxacaq.

    Günün digər matçında “Neftçi” autsayder “Qəbələ”nin qonağı olacaq. Sonuncu pillədə qərarlaşan bölgə təmsilçisi elitada qalmaq şansını davam etdirmək üçün güclü rəqibinə qalib gəlməyə çalışacaq. “Ağ-qaralar” isə ikinci yerə iddiasını davam etdirmək əzmindədir.

    Qeyd edək ki, turun digər oyunları martın 30-31-də keçiriləcək.

    Azərbaycan Premyer Liqası
    XXVIII tur
    29 mart (cümə)

    16:30. “Qəbələ” – “Neftçi”
    Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
    Hakim-inspektor: Vüsal Əliyev.
    AFFA nümayəndəsi: Anar Şixəliyev.
    Qəbələ şəhər stadionu

    19:00. “Kəpəz” – “Qarabağ”
    Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
    Hakim-inspektor: Anar Salmanov.
    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
    Tofiq Bəhramov adına Respublika stadionu

     

    N

    Klublar

    O

    Q

    H

    M

    T-F

    X

    1

    Qarabağ

    27

    21

    3

    3

    71-23

    66

    2

    Sabah

    27

    11

    7

    9

    39-32

    40

    3

    Neftçi

    27

    11

    7

    9

    34-29

    40

    4

    Zirə

    27

    10

    9

    8

    21-18

    39

    5

    Sumqayıt

    27

    10

    9

    8

    26-32

    39

    6

    Səbail

    27

    10

    7

    10

    39-41

    37

    7

    Turan Tovuz

    27

    9

    8

    10

    41-38

    35

    8

    Araz-Naxçıvan

    27

    8

    8

    11

    27-36

    32

    9

    Kəpəz

    27

    7

    6

    14

    29-47

    27

    10

    Qəbələ

    27

    4

    4

    19

    20-51

    16

     

    Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) - 15, Aleksandr Ramalinqom (“Səbail”) - 11.