XƏBƏRLƏR / İdman

“The Best”: FIFA ötən ilin ən yaxşılarını açıqlayıb

Mərasim İngiltərənin paytaxtı Londonda keçirilib

“The Best”: FIFA ötən ilin ən yaxşılarını açıqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibi müəyyənləşib.

    2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırıldığı mərasim İngiltərənin paytaxtı Londonda keçirilib.

    Ötən ilin ən yaxşı futbolçusu ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən argentinalı ulduz Lionel Messi seçilib.

    Nominasiyalar üzrə qalib olanlar aşağıdakılardır:

    Ən yaxşı kişi futbolçu

    Lionel Messi (“İnter Mayami”, Argentina)

    Ən yaxşı qadın futbolçu

    Aytana Bonmati (“Barselona”, İspaniya)

    Ən yaxşı kişi baş məşqçi

    Xosep Qvardiola (“Mançester Siti”, İspaniya)

    Ən yaxşı qadın baş məşqçi

    Sarina Viqman (İngiltərə millisi, İngiltərə)

    Ən yaxşı kişi qapıçı

    Ederson (“Mançester Siti”, Braziliya)

    Ən yaxşı qadın qapıçı

    Meri Erps (“Mançester Yunayted”, İngiltərə)

    “Puşkaş mükafatı”na namizədlər

    Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol

    “Ən yaxşı azarkeş” mükafatı

    Huqo Daniel

    "İlin rəmzi komandası”

    Qapıçı: Tibo Kurtua

    Müdafiəçilər: Kayl Uoker, Con Stounz, Ruben Diaş

    Yarımmüdafiəçilər: Bernardo Silva, Kevin De Bruyne, Jud Bellinqem

    Hücumçular: Lionel Messi, Erlinq Haaland, Kilian Mbappe, Vinisius.