XƏBƏRLƏR / İdman

Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub

Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında iştirak edirdi

Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında birinci olub.

    Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, o, T13 kateqoriyasında 100 metr məsafəyə qaçış üzrə finişə 11.94 saniyəyə çataraq dünya çempionu olub.

    Qeyd edək ki, bu, 22 yaşlı idmançının ümumilikdə üçüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva ötən il Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında da 100 və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.