Türkiyə klubları “Qarabağ”ın legionerinə təklif göndərib
Söhbət Leandro Andradedən gedir
Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klubları “Qarabağ”ın futbolçusu Leandro Andrade ilə yaxından maraqlanırlar.
İstanbul nəhəngləri kabo-verdeli hücumameyilli yarımmüdafiəçi üçün Ağdam klubuna təklif göndəriblər.
İddiaya görə, Azərbaycan çempionu ilk təklifə mənfi cavab verib. “Qarabağ”ın bu keçid üçün Türkiyə klublarından L. Andradenin müqaviləsində sərbəstqalma məbləği olaraq göstərilən 4 milyon avro tələb etdiyi bildirilib.
25 yaşlı vingerin xidmətində Rusiyanın 3 klubunun da maraqlı olduğu vurğulanıb.
Qeyd edək ki, Leandro Andrade “Qarabağ”a 2022-ci ilin yanvar ayında Bolqarıstanın “Çerno More” klubundan keçib.