XƏBƏRLƏR / İdman

DÇ-2022: Uels İrana uduzdu

Uelsin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub

DÇ-2022: Uels İrana uduzdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qətərdə keçirilən Dünya Çempionatının B qrupunda II tura start verilib. Qrupun ilk matçında İran və Uels yığmaları qarşılaşıb. 

    Oyun 2:0 hesabı ilə İran komandasının xeyrinə başa çatıb. Uelsin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. İrandan 90+8-ci dəqiqədə Ruzbe Çeşmi, 90+11-ci dəqiqədə isə Ramin Rezaeian fərqlənib.