AXCP Rəyasət Heyətinin üzvünə qarşı ittiham irəli sürülüb
Məmməd İbrahimli hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə təqsirli bilinir
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimliyə ittiham irəli sürülüb.
O, Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, noyabrın 29-da AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahimlinin evlərində DTX tərəfindən axtarış aparılıb, daha sonra onlar DTX-yə aparılaraq orada dindiriliblər.
1 dəqiqədən az