XƏBƏRLƏR / İdman

Bu gün “Qarabağ” Avropa Liqasında səfərdə HİK-lə qarşılaşır

“Qarabağ” bu səddi adlasa, avrokubokların qrupunda yerini təmin edəcək

Bu gün “Qarabağ” Avropa Liqasında səfərdə HİK-lə qarşılaşır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

    Qurban Qurbanovun yetirmələri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxacaq.

    Ağdam klubu səfərdə HİK-lə görüşədək. Ötən həftə Bakıda 2:1 hesabı ilə qalib gələn ağdamlılar Finlandiyada üstünlüyünü qorumağa çalışacaq.

    “Qarabağ” bu səddi adlasa, avrokubokların qrupunda yerini təmin edəcək. Ağdamlıları Avropa Liqasının pley-offunda Sloveniya “Olimpiya”sı gözləyir.

    Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

    Avropa Liqası
    III təsnifat mərhələsi, cavab oyunu
    17 avqust
    20:00. HİK (Finlandiya) – “Qarabağ” (Azərbaycan)

    Baş hakim: Villy Delajod (Fransa)
    Helsinki Futbol stadionu
    İlk oyun – 1:2