XƏBƏRLƏR / Kriminal

Əli Kərimliyə ittiham irəli sürülüb

AXCP sədri hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə təqsiirli bilinir

Əli Kərimliyə ittiham irəli sürülüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Əli Kərimli barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.

    Noyabrın 29-da Əli Kərimlinin evində axtarış aparılıb.

    Xatırladaq ki, oktyabrın 14-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.

    Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş R.Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

    O Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.