XƏBƏRLƏR / İdman

"Neftçi" "Beşiktaş"a məğlub oldu

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb

"Neftçi" "Beşiktaş"a məğlub oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Neftçi” bu gün növbəti avrokubok matçına çıxıb.

    Premyer Liqanın bürünc mükafatçısı Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirib.

    Bakılılar Türkiyə “Beşiktaş” ilə üz-üzə gəlib. İlk qarşılaşma “Neftçi Arena”da baş tutub. Adrian Mutunun yetirmələri İstanbul səfəri öncəsi dolu tribunalar önündə azarkeşlərini sevindirə bilməyib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, İstanbulda keçiriləcək cavab görüşü avqustun 17-də təşkil olunacaq.