XƏBƏRLƏR / İdman

Bu gün Azərbaycanın U-21 millisi Şotlandiya ilə oynayacaq

Matç Kilmarnok şəhərindəki “Reqbi Park” stadionunda keçiriləcək

Bu gün Azərbaycanın U-21 millisi Şotlandiya ilə oynayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

    Yığma B qrupundakı 9-cu matçında səfərdə Şotlandiya seçməsinin qonağı olacaq.

    Kilmarnok şəhərindəki “Reqbi Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Qarşılaşmanı norveçli FIFA referisi Matias Stöfrinqshauq idarə edəcək.

    Qeyd edək ki, Azərbaycan millisi B qrupunda 8 oyundan sonra 7 xalla 5-ci, Şotlandiya yığması isə 11 xalla 4-cü pillədə qərarlaşıb. Komandamız qrupda son oyununu oktyabrın 6-da Bakıda Cəbəllütariq seçməsinə qarşı keçirəcək.