XƏBƏRLƏR / İdman

“Sabah”ın Çempionlar Liqası oyunlarına fərdi biletlər olacaq

“Sabah” evdə Çexiyanın “Slaviya”,  Almaniyanın “Borussiya” Dortmund, İspaniyanın “Barselona” və İtaliyanın “Napoli” klubları ilə qarşılaşacaq

“Sabah”ın Çempionlar Liqası oyunlarına fərdi biletlər olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Sabah” FK UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq.

    Əvvəlcə dörd oyunu əhatə edən paket biletlərin satışı başa çatdırılacaq. Paket biletlərin satışı 1 oktyabr saat 12:00-da dayandırılacaq.

    Bundan sonra fərdi biletlərin satışına başlanacaq. Satışın başlama tarixi və digər detalları klub tərəfindən əlavə açıqlanacaq.

    “Sabah” evdə Çexiyanın “Slaviya”,  Almaniyanın “Borussiya” Dortmund, İspaniyanın “Barselona” və İtaliyanın “Napoli” klubları ilə qarşılaşacaq.