XƏBƏRLƏR / İdman

“Qarabağ” – “Ayaks” oyununun hakimləri açıqlanıb

Qeyd edək ki, matç dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək

“Qarabağ” – “Ayaks” oyununun hakimləri açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Qarabağ" və Niderlandın “Ayaks” komandaları arasında keçiriləcək VI tur oyununun hakim təyinatları açıqlanıb.

    Qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

    Baş hakim Rade Obrenoviçə Yure Praprotnik və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yug, AVAR-da Alen Boroşak olacaq.

    Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.