Premyer Liqa:“Sumqayıt” “Turan Tovuz”u məğlub edib YENİLƏNİB
XXVII tura bu gün yekun vurulub

21:15
Azərbaycan Premyer Liqasının XXVII turun son matçında “Sumqayıt” “Turan Tovuz”u məğlub edib.
Tovuz şəhər stadionunda baş tutan görüş Sumqayıt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tovuz klubunun heyətində 8-ci dəqiqədə Ayxan Hüseynov fərqlənib. “Sumqayıt”ın qollarını Ayxan Süleymanlı (18) və Bobur Abdixolikov (64) vurub.
Bu nəticədən sonra “Sumqayıt” 28 xalla 7-ci yerdə qərarlaşıb. 43 xala malik “Turan Tovuz” isə dördüncüdür.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" (1:1), "Kəpəz" "Qarabağ" (0:0), “Sabah” isə “Zirə” (1:1) ilə heç-heçəyə razılaşıb. "Neftçi" "Səbail" üzərində qələbə qazanıb - 2:1.
***
18:29
Misli Premyer Liqasının XXVII turunda "Neftçi" səfərdə "Səbail"i məğlub edib.
“ASCO Arena”da keçirilən qarşılaşma Samir Abasovun rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Neftçi"nin heyətində Filip Ozobiç (17) və Elvin Camalov (29) fərqləniblər. "Səbail"in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən "Neftçi" turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik “Səbail” isə sonuncu - onuncudur.
Turun son matçı bu gün Tovuz şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" (1:1), "Kəpəz" "Qarabağ" (0:0), “Sabah” isə “Zirə” (1:1) ilə heç-heçəyə razılaşıb.
***
09:55
Misli Premyer Liqasının XXVII turuna bu gün iki oyunla yekun vurulacaq.
Əvvəlcə “Səbail” “Neftçi” ilə üz-üzə gələcək.
“ASCO Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Hazırda “Neftçi” 28 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 18 xala malik “Səbail” isə sonuncu - 10-cudur.
Turun son matçı Tovuz şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.
Tovuz təmsilçisi 43 xalla turnir cədvəlinin dördüncü pilləsindədir. 8-ci yerdə qərarlaşan Sumqayıt klubunun 25 xalı var.
Misli Premyer Liqası
III dövrə, XXVII tur
16 mart
16:00. “Səbail” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
"ASCO Arena"
18:30. “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" ilə (1:1), "Kəpəz" "Qarabağ"la (0:0), “Sabah” isə “Zirə” ilə (1:1) heç-heçəyə razılaşıb.