XƏBƏRLƏR / İdman

“Neftçi” Ramil Şeydayevlə 3 illik müqavilə imzalayıb

Bu barədə klubun rəsmi saytı xəbər verib

“Neftçi” Ramil Şeydayevlə 3 illik müqavilə imzalayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Neftçi” Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

    Klubun rəsmi saytı xəbər verir ki, Bakı təmsilçisi 28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb.

    Təcrübəli forvard yeni komandasında 90 nömrəli formanı geyinəcək.

    Qeyd edək ki, Türkiyənin "Kocaelispor" klubundan transfer edilən R.Şeydayev Azərbaycanda "Sabah" və "Qarabağ"ın da formasını geyinib.