Azərbaycan Premyer Liqasında yeni mövsüm bu gün başlayır
Açılışda "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gələcək

Misli Premyer Liqasında 2025/2026 mövsümünə bu gün start veriləcək.
I turun açılış matçında "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 17:00-da start götürəcək. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Misli Premyer Liqası
1-ci dövrə, I tur
15 avqust
17:00. “Karvan-Yevlax” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, turun digər qarşılaşmaları 16, 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.