XƏBƏRLƏR / İdman

Basketbol millimiz Ermənistanı məğlub etdi YENİLƏNİB

Görüş Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunub

Basketbol millimiz Ermənistanı məğlub etdi YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:45

    Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununa çıxıb.

    Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə yığma Ermənistan komandasına qarşı keçirib. Görüş millimizin 21:9 hesablı qələbəsi ilə yekunlaşıb.

    Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma ilk olaraq Bakı vaxtı ilə saat 16:10-da ev sahibi Kosovo ilə üz-üzə gələcək. Digər görüşlər isə müvafiq olaraq Kipr və Albaniyaya qarşı olacaq.

    Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə ilk görüşündə Malta ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:50-də başlayacaq. Yığma saat 23:20-də isə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək.

    ***

    10:19

    Bu gün Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Avropa Kubokunda ilk oyununa çıxacaq.

    Yığma Kosovonun paytaxtı Priştina şəhərində Ermənistanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

    Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.