XƏBƏRLƏR / İdman

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Yeniyetmələrin IV Yay Olimpiya Oyunları noyabrın 13-dək davam edəcək

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

    Milli Olimpiya Komitəsindən verilən məlumata görə, bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub.

    55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına "Dakar-2026"nın ilk qızıl medalını qazandırıb.

    Mübarizəyə 1/4 finaldan başlayan cüdoçumuz ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırmışdı.

    Noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.