"Qarabağ" "Nyukasl"a 1:6 hesabı ilə uduzdu
Cavab oyunu fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq
23:40
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.
Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.
Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.
***
20:50
"Qarabağ" və "Nyukasl" komandalarının start heyətləri açıqlanıb
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Nyukasl": Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.

***
16:17
Bu gün Azərbaycanın "Qarabağ" komandası Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Qurban Qurbanovun komandası İngiltərənin "Nyukasl" komandasını qəbul edəcək.
21:45 "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)
Bakı, Tofiq Bəhramov stadionu. Hakim: Espen Eskaas (Norveç).
"Qarabağ" (təxmini heyət): Mateuş Koçalski, Bəhlul Mustafazadə, Kevin Medina, Mateus Silva, Elvin Cəfərquliyev, Pedro Bicalho, Marko Yankoviç, Joni Montiel, Leandro Andrade, Abdellah Zubir, Camilo Duran.
"Nyukasl" (ehtimal olunan heyət): Nik Poup, Malik Thiau, Sven Botman, Kieran Trippier, Dan Byrne, Sandro Tonali, Jacob Ramsey, Joe Willock, Harvey Barnes, Anthony Gordon, Nick Woltemade.
"Qarabağ" əvvəllər Çempionlar Liqasının əsas mərhələsində səkkiz oyun keçirib: Portuqaliya "Benfika"sı (3-2), Danimarka "Kopenhagen"i (2-0), İspaniya "Atletik"i (Bilbao) (1-3), İngiltərə "Çelsi"si (2-2), İtaliya "Napoli"si (0-2), Hollandiyanın "Ayaks"ı (2-4), Almaniyanın "Ayntraxt Frankfurt"u (3-2) və İngiltərə "Liverpul"u (0-6).
1 dəqiqə