XƏBƏRLƏR / İdman

Azərbaycan futbolçularının D qrupunda rəqibləri bəlli olub

2026-cı ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinin püskü atılıb

Azərbaycan futbolçularının D qrupunda rəqibləri bəlli olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsininin püşkü atılıb.

    Apasport.az xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində keçirilib.

    Qruplardakı ilk komandalar Millətlər Liqasında pley-off mərhələsinin oyunlarından sonra dəqiqləşəcək.

    A qrupu: Almaniya/İtaliya cütünün qalibi, Slovakiya, Şimali İrlandiya, Lüksemburq

    B qrupu: İsveçrə, İsveç, Sloveniya, Kosovo

    C qrupu: Portuqaliya/Danimarka cütünün məğlubu, Yunanıstan, Şotlandiya, Belarus

    D qrupu: Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna, İslandiya, Azərbaycan

    E qrupu: İspaniya/Niderland cütünün qalibi, Türkiyə, Gürcüstan, Bolqarıstan

    F qrupu: Portuqaliya/Danimarka cütünün qalibi, Macarıstan, İrlandiya, Ermənistan

    G qrupu: İspaniya/Niderland cütünün məğlubu, Polşa, Finlandiya, Litva, Malta

    H qrupu: Avstriya, Rumıniya, Bosniya və Herseqovina, Kipr, San-Marino

    I qrupu: Almaniya/İtaliya cütünün məğlubu, Norveç, İsrail, Estoniya, Moldova

    J qrupu: Belçika, Uels, Şimali Makedoniya, Qazaxıstan, Lixtenşteyn

    K qrupu: İngiltərə, Serbiya, Albaniya, Latviya, Andorra

    L qrupu: Fransa/Xorvatiya cütünün məğlubu, Çexiya, Monteneqro, Farer adaları, Cəbəllütariq

    Qeyd edək ki, seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək.

    2026-cı ildə futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

    İlk dəfə çempionata 48 komanda qatılacaq.

    İndiyədək yarışda 32 ölkə iştirak edirdi.