Dünya Kubokunun final oyununa hələ də biletlər var:Qiymətlər
Final ABŞ-ın Nyu-Cersi ştatının Şərqi Rezerford şəhərində 82 min tutumu olan "MetLife" Stadionunda keçiriləcək
2026-cı il FIFA Dünya Kubokunun finalı ABŞ-ın Nyu-Cersi ştatının Şərqi Rezerford şəhərində, Nyu-York şəhərindən 16 km qərbdə yerləşən "MetLife" Stadionunda keçiriləcək.
Stadion 82.000-dən çox tamaşaçı tutumuna malikdir və turnirin əsas oyununa 19 iyulda ev sahibliyi edəcək.

Şəkildə göründüyü kimi, final oyununa hələ də boş yerlər qalmaqdadır, lakin qalan biletlərin ən ucuzu 10 000, ən bahalısı isə 43 000 ABŞ dollarına satılır.
Qeyd edək ki, Mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq. "MetLayf" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
1 dəqiqədən az