Pelenin 1958-ci ildə çempion olduğu forma €4,3 mln satılıb
Hərrac Nyu-Yorkda keçirilib FOTO
Braziliyalı əfsanəvi futbolçu Pelenin 1958-ci ildə 17 yaşında Braziliyaya ilk Dünya Kubokunu qazandırdığı zaman geyindiyi forma Nyu-Yorkda keçirilən Sotheby's hərracında 4,3 milyon avroya satılıb.

17 yaşında Pele 1958-ci il Dünya Kubokunun finalında iki qol vuraraq Braziliyanı ilk dəfə Dünya Çempionu etdi.

Əfsanəvi braziliyalı futbolçu Pele 29 dekabr 2022-ci ildə 82 yaşında San Paulodakı Albert Eynşteyn Xəstəxanasında vəfat edib.
1 dəqiqədən az