XƏBƏRLƏR / İdman

Bu gün futbol üzrə dünya çempionu bəlli olacaq

Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq

Bu gün futbol üzrə dünya çempionu bəlli olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

    Mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq. Nyu-York şəhərindəki "MetLayf" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

    Qeyd edək ki, ötən gecə üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medala sahib çıxıb.