18 yaşlı hindistanlı Domaraju Qukeş "şahmat kralı" oldu
Azərbaycanlı qrossmeyster Rauf Məmmədov çınlı Dinq Lirenin məğlubiyyətini "qəribə" adlandırıb
Azərbaycanlı qrossmeyster Rauf Məmmədov dünya titulu uğrunda görüşün final oyununu dəyərləndirib və onu "qəribə partiya" adlandırıb.
18 yaşlı hindistanlı Domaraju Qukeş dünən çinli Dinq Liren üzərində qələbə qazanaraq tarixin ən gənc şahmat çempionu oldu. Son 14-cü oyunda Din kobud səhvə yol verib və bu, Qukeşin qələbəsinə səbəb olub.
"Qəribə oyundur, biz Maqnus Karlsona öyrəşmişik, buna görə də belə "səhvlər" bizim üçün qəribədir, baxmayaraq ki, Din və Qukeş eyni səhvə yol verdilər", - Məmmədov deyib.
Bir gün əvvəl Rusiya Şahmat Federasiyasının rəhbəri Andrey Filatov çinlilərin matçın son oyununda uduzmasını “şübhəli” adlandırmışdı.