"Qarabağ" "Kəpəz"i böyük hesabla məğlub edib YENİLƏNİB
Oyun Misli Premyer Liqasının XXXV turu çərçivəsində keçirilib

21:01
Misli Premyer Liqasının XXXV turunda "Qarabağ" "Kəpəz"i məğlub edib.
"Azərsun Arena"da baş tutan turun bağlanış görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə sonuçlanıb.
Ağdam təmsilçisinin heyətində Leandro Andrade (31), Aleksey Kaşuk (72) və Musa Qurbanlı (82) fərqləniblər
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 86 xalla birinci pillədədir. "Köhlən atlar" çempionluğunu üç tur əvvəldən rəsmiləşdirib. 32 xala malik gəncəlilər səkkizincidir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Neftçi" "Səbail" kollektivini 3 cavabsız qolla üstələyib. "Zirə" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.
***
19:53
Misli Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail"ə qalib gəlib.
"Neftçi Arena"da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.
"Ağ-qaralar"ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.
***
09:41
Misli Premyer Liqasının XXXV turunda bu gün ölkə çempionu "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək.
"Azərsun Arena"dakı oyun saat 19:00-da başlayacaq.
Görüşün final fitininin ardından Ağdam təmsilçisinin mükafatlandırma mərasimi baş tutacaq.
83 xala malik "köhlən atlar" qızıl medalları özü üçün təmin edib. 32 xalla səkkizinci olan gəncəlilər isə Premyer Liqada qalacağını ötən turdan rəsmiləşdiriblər.
Günün ikinci matçı "Neftçi" və "Səbail" arasında gerçəkləşəcək. Saat 17:00-da start götürəcək qarşılaşma "Neftçi Arena"da oynanılacaq.
"Ağ-qaralar" 40 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.
"Qarabağ" - "Kəpəz" oyununda olduğu kimi bu görüşdə də qeydə alınacaq istənilən nəticə iki klubun turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək.
Misli Premyer Liqası
IV dövr, XXXV tur
18 may
17:00. "Neftçi" – "Səbail"
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Neftçi Arena”
19:00. "Qarabağ" – "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov.
VAR: Rəşad Əhmədov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Azərsun Arena”
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.