XƏBƏRLƏR / İdman

Basketbolçu qızlarımız növbəti qələbələrini qazandılar

Kipr yığmasna qalib gələn 16 yaşınadək Azərbaycan millisi qrupda 1-ci yerə çıxdı

Basketbolçu qızlarımız növbəti qələbələrini qazandılar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın gənclərdən ibarət yığması (16 yaşadək) Avropa çempionatının C divizionunda qrup yarışını 1-ci yerdə bitirdi. 

    Qızlarımız bu dəfə 68:45 hesabıyla Kipr yığmasına qalib gəldilər. 

    3 oyunda 3 qələbə qazanan millimiz 6 xalla qrupda 1-ci yeri tutdular.

    Bundan əvvəl qızlarımız ErmənistanGürçüstan komandalarını böyük hesabla udmuşdular.

    FIBA U16 EuroBasket, Division C turniri 16 yaşlı qızlar arasında keçirilən  yarışdır.

    Yarış iyulun 9-dan 14-dək Cəbəllütariq şəhərində keçirilir.

    C divizionunun titulu uğrunda cəmi səkkiz komanda mübarizə aparacaq. Onlar dörd komandadan ibarət iki qrupa bölünüblər. Qrup mərhələsi aşağıdakı kimidir:

    A qrupu: Azərbaycan, Gürcüstan, Ermənistan,Kipr
    B qrupu: Malta, Moldova, Cəbəllütariq, Albaniya