XƏBƏRLƏR / İdman

Basketbolçu qızlarımız Gürcüstan yığmasına da qalib gəldi

16 yaşınadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi Cəbəllütariq şəhərində keçirilir

Basketbolçu qızlarımız Gürcüstan yığmasına da qalib gəldi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın gənclərdən ibarət yığması (16 yaşadək) Avropa çempionatının C divizionunda çıxışlarına davam edir. Bu gün görüş Gürcüstan millisi ilə olub. 

    Qızlarımız 97:40 hesabı ilə gürcülər üzərində əzmli qələbə çalıblar.

    FIBA U16 EuroBasket, Division C turniri 16 yaşlı qızlar arasında keçirilən  yarışdır.

    Yarış iyulun 9-dan 14-dək Cəbəllütariq şəhərində keçirilir.

    C divizionunun titulu uğrunda cəmi səkkiz komanda mübarizə aparacaq. Onlar dörd komandadan ibarət iki qrupa bölünüblər. Qrup mərhələsi aşağıdakı kimidir:

    A qrupu: Gürcüstan, Ermənistan, Azərbaycan, Kipr
    B qrupu: Malta, Moldova, Cəbəllütariq, Albaniya

    Xatırladaq ki, dünən basketbolçu qızlarımız Ermənistan millisinə 86-59 hesabı ilə qalib gəlib.