XƏBƏRLƏR / İdman

İdmançılarımız Parisə Yay Olimpiya Oyunlarına yola düşüb

“Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək

İdmançılarımız Parisə  Yay Olimpiya Oyunlarına yola düşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Paris-2024" Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının bir sıra üzvləri üçün yolasalma mərasimi keçirilib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, media nümayəndələri, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.

    Gənclər və idman naziri Fərid Qayıbov Fransa paytaxtında keçiriləcək yarışda Azərbaycan idmançılarına inandığını bildirib: "Ümid edirəm ki, onlar bizi layiqincə təmsil edəcəklər. Ən əsası, üzərlərindəki həyəcan hissini atmalıdırlar. Azərbaycan idmançıları üçün atletlər kəndində hər bir şərait yaradılıb. Sadəcə olaraq, azarkeşlərin dəstəyi önəmlidir. Bütün idmançılarıma uğurlar arzulayıram".

    Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.

    Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.