XƏBƏRLƏR / İdman

Şəhriyar Məmmədyarov şahmat üzrə dünya çempionunu uddu

Bu, ənənəvi "London Chess Classic" turnirinin 3-cü turunda baş verib

Şəhriyar Məmmədyarov şahmat üzrə dünya çempionunu uddu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov şahmat üzrə dünya çempionu Cu Venjun (Çin) üzərində qələbə qazanıb.

    Bu, ənənəvi "London Chess Classic" turnirinin 3-cü turunda baş verib. Bu, Azərbaycan şahmatçısının turnirdə ilk qələbəsidir.

    Məmmədyarov 2 xal toplayıb və Vidit Qucrati (Hindistan) ilə 2-3-cü yerləri bölüşür. İngiltərəli Givayn Cons 2,5 xalla liderdir.