XƏBƏRLƏR / İdman

"Qarabağ"-"Şelburn" matçını italyan hakimlər idarə edəcək

Oyun iyulun 30-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək

"Qarabağ"-"Şelburn" matçını italyan hakimlər idarə edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Şelburn" (İrlandiya) matçını idarə edəcək hakimlərin adları açıqlanıb.

    Qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

    Baş hakim Andrea Kolombo olacaq. Ona Stefano Alassio, Dario Cecconi və Kevin Bonacina kömək edəcək. VAR sistemi Daniele Doveri, AVAR sistemi isə Daniele Paterna tərəfindən idarə olunacaq.

    "Qarabağ" - "Şelburn" matçı iyulun 30-da, Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

    “Qarabağ” 2-ci mərhələdə “Şelburn” üzərində qələbə qazanacağı təqdirdə 3-cü tura yüksələcək potensial rəqibini də müəyyən edib.

    Püşkatmanın nəticəsinə əsasən, Çempionlar yolunda mübarizə aparan Qurban Qurbanovun komandası 3-cü turda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin qalibi “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) ilə oynaya bilər.

    3-cü təsnifat mərhələsinin oyunları avqustun 5/6 və 12-də keçiriləcək.

    "Qarabağ" İrlandiya komandasına uduzsa, Avropa Liqasının təsnifat mərhələsinin 3-cü mərhələsində davam edəcək və burada Çempionlar Liqasının 2-ci mərhələsinin digər cütünün uduzan "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) ilə qarşılaşacaq.

    Xatırladaq ki, bu il ağdamlılar ötən mövsüm Avropa Liqasının əsas mərhələsində FCSB ilə qarşılaşıb və Bakıda 2:3 hesabı ilə uduzub. Keçən il də Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində Bolqarıstanın “Ludoqorets” komandası ilə (1:2, 7:2) oynamışdılar.