Biz "Qarabağa"ciddi yanaşmalı və diqqətli olmalıyıq
Bunu "Bayer"in rəsmiləri klubun saytına müsahibələrində deyiblər
Almaniyanın “Bayer Leverkuzen” klubunun rəsmiləri Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimindən sonra komandalarının Azərbaycan “Qarabağ”ı ilə qarşılaşacaqları püşkatmaya münasibət bildirib.
Bayer-in baş direktoru Fernando Carro: “Gedəcəyimiz çox yol var, lakin 1/8 finalı səbirsizliklə gözləyirik. Bizim Qarabağ və onun rəhbərliyi ilə yaxın və yaxşı münasibətlərimiz var. “Braqa”ya qarşı yaxşı pley-off oyunları keçirdilər. Biz bu komandaya ciddi yanaşmalı və həmişəki kimi diqqətli olmalıyıq”.
Bayer-in idman direktoru Simon Rolfes: “Bu, bizim üçün tanış rəqibdir, lakin asan deyil. “Qarabağ”ın güclü komandası var ki, bunu qrup mərhələsində də sübut edib. Dünənki matçın son anında vəziyyəti öz xeyrinə çevirmələri böyük hörmətə layiqdir. Biz bu işə böyük konsentrasiya ilə yanaşacağıq. 1/4 finala yüksəlmək üçün bizi iki çətin oyun gözləyir”.